Bakının Sabunçu rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Böyükşor gölü yaxınlığında qeydə alınıb. İlkin məlumata görə, “Mercedes” markalı yük avtomobili ilə “Volkswagen” markalı minik maşını toqquşub. Qəza nəticəsində 3 nəfər hadisə yerində həyatını itirib, 1 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Məlumatı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi təsdiqləyib. Hazırda hadisə ilə bağlı araşdırma aparılır, qəzanın dəqiq səbəbləri ekspertiza nəticəsində müəyyən olunacaq.
Doğru.az xəbər verir ki, qəzanın görüntüləri sosial şəbəkələrdə yayılıb.
DOĞRU.AZ