image-2000x150px
image-123
image-ads_atlas
image-fotojet-8backend

Bakıda məşhur restoranda baş verən yanğın söndürülüb

image-728x90px

Bakıda “Şaurma 1” restoranında baş verən yanğın söndürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, FHN-in “112” qaynar xəttinə Yasamal rayonu, M. Müşfiq küçəsində yerləşən “Şaurma 1” restoranında yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunublar.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “Şaurma 1” restoranına məxsus manqalın tüstü borusunda yanğın baş verdiyi məlum olub. Yanğınsöndürənlərin həyata keçirdikləri operativ tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki