image-2000x150px
image-123
image-ads_atlas
image-ec7a0148-433e-484f-908c-8712f332bc7ebackend

Bakıda narkotikin təsiri altında olan 88 nəfər saxlanılıb

image-728x90px

Paytaxt ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən profilaktik tədbirlər ötən gün də davam etdirilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, oktyabrın 20-də keçirilən növbəti tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 54 fakt aşkar edilib. İctimai yerlərdə narkotik maddələrin təsiri altında olan daha 88 nəfər saxlanılıb.

Qanunsuz dövriyyədən 3 kiloqram narkotik vasitə və psixotrop maddə çıxarılıb. Saxlanılan şəxslərin hər biri barəsində cinayət və inzibati xarakterli tədbirlər görülüb.

Paytaxtda hüququpozmalara qarşı və aşkarlanan faktlarla bağlı polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki