image-ads_n1karobka_mobile
image-fotojet-12backend

Bakıda sərnişinlə dolu iki avtobus bir-birinə çırpıldı

Bakı şəhər Binəqədi rayonu Xocəsən qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, 596 saylı xətt üzrə hərəkət edən iki “Daewoo” markalı sərnişin avtobuslar bir-birinə çırpılıb.

Nəticədə avtobuslarda olan sərnişinlərdən bir neçəsi xəsarət alıb.

Nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki