image-n1karobka_ads
image-123
image-ed75f0b0-5e26-4976-9e44-701e8c86ff04backend

Bakıda yük avtomobilləri yolu bağladı

Bakıda 4 yük maşını Heydər Əliyev prospektində yolu bağlayıb.

Doğru.Az xəbər verir ki, sürücülər yolu Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayevə və şöbə müdiri Malik Əliyevə etiraz məqsədilə bağladıqlarını deyirlər.

Yük avtomobillərinin sahibləri dövlət qurumundan icazə vərəqələrinin verilməməsinə görə mallarının xarab olduğunu iddia edirlər.

Məlumata görə, TIR-ların gecədən səhər saatlarına qədər yolu bağlı saxlaması nəticəsində nəqliyyatın hərəkəti iflic olub və böyük tıxac yaranıb.

Dövlət Yol Polisi İdarəsinin əməkdaşları az öncə yolu açmağa nail olublar.

DOĞRU.AZ 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki