image-2000x150px
image-123
image-ads_atlas
image-5f865215-0faa-3a8f-9718-999c0f807247_850backend

Bakıda Zəfər Gününə hazırlıq işləri yekunlaşıb

image-728x90px

Azərbaycanın Vətən müharibəsində qazandığı böyük qələbənin ikinci ildönümü – 8 Noyabr Zəfər Günü münasibətilə Bakıda keçiriləcək tədbirlərə hazırlıq işləri yekunlaşıb.

Paytaxtın küçə və prospektləri, binaların eyvanları Azərbaycanın üçrəngli şanlı bayrağı ilə bəzədilib.

Parklarda abadlıq işləri aparılıb, yeni gül kolları əkilib, yaşıl örtüklər yenilənib və küçələrdə Zəfər Günunə həsr olunan lövhələr quraşdırılıb.

Bunlarla yanaşı əlamətdar gün münasibəti ilə Bakıda yürüşlərin keçirilməsi də planlaşdırılır.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” sərəncama əsasən hər il noyabrın 8-də Zəfər Günü kimi qeyd edilir. Həmin gün Azərbaycanın mədəniyyət paytaxtı, Qala şəhər, Şuşa düşmən işğalından azad edilib.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki