image-2000x150px
image-970x50px
image-polis_karantin_300420_06backend

Bakının giriş-çıxışlarında karantin postları qurulur? – AÇIQLAMA + FOTO

image-728x90px

Son günlər sosial şəbəkələrdə karantin postlarının qurulmasına hazırlıq getdiyinə dair məlumatlar paylaşılır. Bu da əhali arasında geniş müzakirələrə səbəb olub.

Oxu.Az məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti ilə əlaqə saxlayaraq yayılan məlumatlar əsasında onlara hər hansı təlimatın verilib-verilmədiyini soruşub.

DİN-nin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov yayılan məlumatlara cavab olaraq bildirib ki, bu məsələ ilə bağlı qərar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilə bilər:

“Operativ Qərargah tərəfindən bizə heç bir təlimat verilməyib. Karantin postları ilə bağlı heç bir hazırlıq işləri aparılmır. Məlumatı Operativ Qərargah ilə dəqiqləşdirməyiniz yaxşı olar”.

Xatırladaq ki, sosial şəbəkələrdə Bakı şəhərinin giriş-çıxışında qoyulan karantin postlarının qurulmasına hazırlıq getdiyinə dair məlumatlarla yanaşı, fotolar da paylaşılır. Sosial şəbəkələrdə gedən müzakirələrdə yaxın günlərdə yenidən sərt karantinin tətbiq olunacağı iddia edilir.

 

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki