image-2000x150px
image-123
image-ads_atlas
image-dem-qazibackend

Bakının iki rayonunda qaz olmayacaq

image-728x90px

Paytaxtın Xətai və Sabunçu rayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyindən Doğru.az-a verilən məlumata görə, Xətai rayonunda yerləşən “Əhmədli” QPS ərazisində siyirtmənin yenisi ilə əvəz olunması və Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, İnşaatçılar küçəsi 110 ünvanında orta təzyiqli qaz xəttinin yerinin dəyişdirilməsi məqsədi ilə 14.02.2024-cü il tarixdə saat 10:00-dan orta təzyiqli qaz kəmərlərindən qaz təchizatı dayandırılacaq.

Məlumata görə, qaz təchizatı dayandırılan müddətdə Xətai rayonu üzrə Gəncə prospekti, N.Tusi, A.Qurban, X.Məmmədov və M.Hadi küçələrinin, Sabunçu rayonu üzrə isə Bakıxanov qəsəbəsinin R.Axundzadə, İnşaatçılar, Ə.Cəfərov, A.Mustafayev, A.Pəri, N.Səlimov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki