Hazırda Bakıya güclü küləklə müşahidə edilən qar yağır.
Doğru.az xəbər verir ki, səhər saatlarından başlayaraq Bakıda və Abşeron yarımadasında qar yağır.
Hazırda havanın temperaturu paytaxt və ətraf Bakı kəndlərində 0-4 dərəcə arasında dəyişir.
Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyi və Dövlət Yol Polisi kəskin hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına xəbərdarlıq edib.
























