image-2000x150px
image-comp-versiya
image-screenshot_20210427-145120_snaptubebackend

Baloğlan Əşrəfov koronavirusa bu telekanalda yoluxmuşdu – VİDEO

image-728x90px

Xəbər verdiyimiz kimi, Əməkdar artist Baloğlan Əşrəfov ötən gecə dünyasını dəyişib.

Koronavirusa yoluxan müğənninin ölümündən bir neçə saat öncə verdiyi açıqlama böyük səs-küyə səbəb olmuşdu.

Yenisabah.az xəbər verir ki, sənətçinin “Koronavirus daşıyıcıları verilişə gəlirlər, mikrofonu ağızlarına tuturlar, biz də eyni mikrofondan istifadə edirik” – deməsi birmənalı qarşılanmamışdı.

Onun hansı verilişdə virusa yoluxduğu hər kəsdə sual doğurdu.

Araşdırma zamanı məlum oldu ki, B.Əşrəfov aprel ayının 22-də verdiyi açıqlamada ARB telekanalında yayımlanan “Heç vaxt heç yerdə” proqramında qonaq olan zaman yoluxduğunu deyib:

“Zaur Nəbioğlunun verilişində qonaqlardan birindən şübhələndim. Korona xəstəsinə oxşayırdı, tez-tez öskürürdü. Onu necə o verilişə buraxıblar bilmirəm… Xəstəliyi ağır keçirirəm… Özümü yaxşı hiss etmirəm. Təngnəfəs oluram”.

Virusa yoluxduqdan 10 gün sonra müğənni başqa bir açıqlaması ilə gündəmə gəlmişdi. Bu dəfə o, yoluxduğu verilişi lənətləmişdi:

“Bayırdan maskayla gəldik telekanala, studiyaya daxil olanda bizdən maskaları çıxarmağı tələb etdilər. Mən də məcbur çıxartdım. Canlı oxutdurmaq istədilər, mənim mikrofonum başqa müğənninin mikrofununa, başqa müğənnilərin mikrofonu mənimkinə qarışdı. Beləcə aləmi qatdılar bir-birinə. Allah cəzalarını versin”.

Qeyd edək ki, Əşrəfov sözügedən verilişdə canlı olaraq “Ana” seygahını ifa etmişdi.

Verilişdən olan bir hissəni tədim edirik:

DOĞRU.AZ

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki