image-n1karobka_ads
image-123
image-41214_qsxc2h5notbackend

Batabat yolunda qaya uçqunu olub – FOTO

Naxçıvan ərazisində yağan güclü yağışlar nəticəsində Batabat avtomobil yolunun 17-ci kilometrində qaya uçqunu baş verib.

Doğru.az xəbər verir ki, bu barədə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, hadisə nəticəsində iri qaya parçaları aşaraq yolda hərəkətin məhdudlaşmasına səbəb olub.

Əraziyə dərhal Agentliyinin xüsusi texnikaları və canlı qüvvəsi cəlb edilib

Qaya parçaları qısa müddət ərzində dağıdılaraq ərazidən yığışdırılıb, yolda rahat və təhlükəsiz hərəkət bərpa olunub.

DOĞRU.AZ

image-showpic_el100 image-showpic_el100-1 image-showpic_el100-2 image-showpic_el100-3

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki