image-2000x150px
image-thumb600x0backend

Bayramov Lavrovla telefonla danışdı – Yenilənib

image-728x90px

İyunun 23-də Azərbaycan və Rusiyanın xarici işlər nazirləri Ceyhun Bayramovla Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Doğru.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat verib.

Nazirlər ikitərəfli münasibətlərin aktual məsələlərini, regional və beynəlxalq gündəmləri müzakirə ediblər.

İki ölkənin XİN rəhbərləri koronavirus pandemiyasının mənfi təsirlərinə baxmayaraq, çoxşaxəli Azərbaycan-Rusiya münasibətlərinin uğurla inkişaf etdiyini və ticari-iqtisadi qarşılıqlı əlaqənin artdığını qeyd ediblər. Buna Rusiya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 19-cu iclasının qərarlarının, habelə Azərbaycan Baş naziri Əli Əsədovun Rusiyaya son rəsmi səfəri zamanı əldə edilmiş razılaşmaların tətbiqi böyük dərəcədə kömək edib.

Bununla yanaşı, telefon danışığı zamanı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli, xüsusən də Dağlıq Qarabağdakı humanitar problemlərin həllinə dair razılaşmalarının həyata keçirilməsi kontekstində bir sıra mövzulara toxunulub. Rusiya, Azərbaycan və Ermənistan Baş nazir müavinlərinin ortaq sədrliyi ilə Üçtərəfli İşçi Qrupunun bölgənin münaqişədən sonrakı inkişafına verdiyi mühüm töhfə vurğulanıb.

Eyni zamanda, XİN xətti vasitəsilə gələcək əlaqələr barədə razılığa gəlinib.

***

Azərbaycan XİN telefon danışığı ilə bağlı açıqlama yayıb. Məlumatda bildirilir:

Cari ilin 23 iyun tarixində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Nazirlər bölgədə mövcud olan cari vəziyyət, üç ölkənin liderləri tərəfindən imzalanan birgə bəyanatların icrası ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Telefon danışığı zamanı, həmçinin bölgənin münaqişədən sonrakı mərhələdə inkişafı məsələləri müzakirə edilib və bu xüsusda, üç ölkənin Baş nazirlərinin müavinlərinin rəhbərliyi altında fəaliyyət göstərən üçtərəfli İşçi Qrupunun fəaliyyəti vurğulanıb.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

DOĞRU.AZ

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki