image-n1karobka_ads
image-123
image-berd-pic_32ratio_900x600-900x600-92401backend

Berdyanskda çörək zavodunun yaxınlığındakı qaz nəzarət məntəqəsində partlayış baş verib

image-ad_qayo_720x110px

Zaporojye vilayətinin Berdyansk şəhərində partlayış baş verib.

Hadisə çörək sexinin yaxınlığındakı qaz nəzarət məntəqəsində baş verib.

Mash Telegram kanalının məlumatına görə, hadisə baş verən ərazidə qaz kəsilib. Artıq hadisə yerinə təcili xidmətlər gəlib.

İyunun 8-də bölgənin fövqəladə hallar xidməti Berdyanskda avtomobilin partladığını və alov aldığını açıqlayıb. Daha sonra “Biz Rusiya ilə birlikdəyik” hərəkatının sədri Vladimir Roqov bildirib ki, Berdyansk şəhərində avtomobilin partlaması qaz avadanlığının partlaması nəticəsində baş verib.

Mənbə: Gazeta.ru

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki