image-2000x150px
image-123
image-ads_atlas
image-esger-768x403backend

Bir neçə yüksəklik və düşmən postu ordumuzun nəzarətinə keçdi

image-728x90px

Dünən gecə saatlarında Ermənistan Silahlı Qüvvələri Azərbaycan ordusuna qarşı təxribata yol açıb.

Doğru.AzYenicag.az-a istinadən xəbər verir ki, Ermənistanın təxribatlarından sonra Azərbaycan ordusu Ermənistan-Azərbaycan dövlət sərhədi boyu əməliyyatlar həyata keçirib.

Məlumata görə, erməni tərəfinin bütün mühəndis istehkamları, hərbi obyektləri tamamilə sıradan çıxarılıb.

Ermənistanın Baş naziri Nikol Paşinyan 49 hərbçi itirdiklərini desə də, əldə edilən məlumata görə, qarşı tərəfin itkiləri 100-dən daha çoxdur. Hər zaman olduğu kimi, erməni tərəfi itkilərini ictimaiyyətdən gizlədir.

Azərbaycanın keçirdiyi əməliyyatlar nəticəsində həm də bir neçə yüksəklik və qarşı tərəfin postları Azərbaycan ordusunun nəzarəti altına keçib.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki