image-2000x150px
image-123
image-ads_atlas
image-lacin-esger-780x470backend

Bir qrup hərbi qulluqçuya sığorta ödənişləri verilib – RƏSMİ

image-728x90px

Avqustda Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən icbari şəxsi sığorta ödənişini almaq hüququ yaranan yeddi hərbi qulluqçuya ödənişlər həyata keçirilib.

Bu barədə muxtar respublikanın Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Məlumata görə, bunlardan 3-ü vəfat etdiyinə görə onların vərəsələrinə, 3-nə sağlamlıq imkanlarının məhdudluğuna görə, 1-nə isə az ağır xəsarət aldığına görə sığorta ödənişi verilib.

Dövlət icbari şəxsi sığorta ödənişinin həyata keçirilməsi üçün, ümumilikdə, 44 550 manat vəsait həmin şəxslərin bank hesablarına köçürülüb.

Hərbi qulluqçulardan ikisi Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar sağlamlıq imkanları məhdudluğu müəyyən edilmiş şəxslərdir.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki