image-2000x150px
image-123
image-ads_atlas
Birinci xanım Mehriban Əliyeva 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib-FOTObackend

Birinci xanım Mehriban Əliyeva 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib-FOTO

image-728x90px

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik ünvanlayıb.

Doğru.az xəbər verir ki, bu barədə Mehriban Əliyeva özünün “İnstagram” hesabında paylaşım edib.
Birinci vitse-prezident bildirib:

“Beynəlxalq Qadınlar Günü münasibətilə sizin hamınızı səmimi-qəlbdən təbrik edirəm! Siz zəriflik, sədaqət, xeyirxahlıq, mənəvi saflıq, gözəllik və ülvilik rəmzi olan “qadın” sözünün ucalığını ləyaqətlə qoruyursunuz”.

Mehriban Əliyeva əlavə edib ki, Vətənimiz üçün layiqli oğullar tərbiyə etmiş analara ən xoş arzularını çatdırır:
“Vətən müharibəsi günlərində siz misli görünməmiş mətanət, fədakarlıq və möhkəm iradə nümayiş etdirdiniz. Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların analarının qarşısında baş əyirəm.

Sizin hər birinizə möhkəm cansağlığı və ailə səadəti arzulayıram! Uca Tanrı sizi və sizin doğmalarınızı qorusun!”,-deyə Mehriban Əliyeva əlavə edib.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki