BMT-nin baş katibi Antonio Quterreş ABŞ prezidenti Donald Trampın Qəzza zolağı ilə bağlı planını müsbət qarşılayıb.
Doğru.az xəbər verir ki, Quterreş sosial mediada yazıb: “BMT Fələstin xalqı, İsrail və bütün region üçün sülh, sabitlik və daha parlaq gələcəyə töhfə verən bütün səyləri dəstəkləmək öhdəliyində sadiq qalır”.
Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da Trampın təşəbbüsünü şərh edərək bildirib ki, Moskva Qəzza zolağında atəşkəsə yönəlmiş istənilən səyləri dəstəkləyir.
DOĞRU.AZ