Doğru.az xəbər verir ki, bu gün “Boccia İdman Federasiyası”nın təşkilatçılığı ilə “2 Fevral ” Gənclər Günü qeyd edilibdir.
Baş tutan görüşdə “Boccia” Idman Federasiyasının baş katibi – İlham Məhərrəmov , Boccia İdman Federasiyasının Gənclər üzrə rəhbəri Ümidə Rəhimova Kəngərli,Xızı rayon Uşaq- Gənclər İnkişaf Mərkəzinin rəhbəri – Elnurə Nağıyeva, Xızı rayon Uşaq – Gənclər Şahmat məktəbinin direktoru – Esmira Kərimova , “Azərbaycan Mədəniyyəti” layihəsinin musiqi rəhbəri ,xalq artisti Mənsum İbrahimovun tələbəsi Rəqsanə Əsədova , Xızı rayon Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri – İman Ağayev , Azərbaycan Dövlət İqtisad Universiteti İqtisadçı Vətənpərvərlər təşkilatının sədri – Yusif Cəfərbəyli və könüllü gənclər iştirak edibdir.
Görüşdə qonaqların çıxışları dinlənilibdir.Tədbir, sonda isə vətənpərvər ifa ilə yekunlaşıbdır .



























