image-2000x150px
image-123
image-ads_atlas
image-fotojet-2024-01-18t125716-437backend

Böyük Britaniya qeyri-qanuni miqrasiya ilə mübarizədə ən sərt qanun qəbul edib

image-728x90px

Böyük Britaniya parlamentinin İcmalar Palatasının (aşağı palata) iclasında qanunsuz miqrantların Ruandaya qovulmasına dair Qanun layihəsinin lehinə 320, əleyhinə 276 deputat səs verib. İndi sənəd Lordlar Palatasına (parlamentin yuxarı palatası) yönləndiriləcək ki, burada təşəbbüsə düzəlişlər təklif oluna bilər.

Böyük Britaniyanın Baş naziri Rişi Sunakın ofisi qəbul edilmiş sənədi qeyri-qanuni miqrasiya ilə mübarizə üçün krallığın parlamentində indiyə qədər nəzərdən keçirilən ən sərt qanun adlandırıb. Burada bu qanun insanları Böyük Britaniya ilə Fransa arasında La-Manş boğazından təhlükəli keçidlərdən çəkindirəcəyindən ümid etdiklərini bildiriblər.

Qeyd edək ki, 2022-ci ilin yazında Böyük Britaniya hökuməti Ruanda ilə qeyri-qanuni mühacirlərin göndərilməsi barədə müqavilə bağlayıb, Afrika ölkəsi 140 milyon funt sterlinq (təxminən 302 milyon manat) məbləğində təzminat alıb, lakin heç bir dəfə də insanlar oraya göndərilməyiblər.

Krallığın hökumətinin məlumatına görə, 2022-ci ildə Böyük Britaniyaya La-Manş boğazı vasitəsilə rekord sayda 45,7 min miqrant gəlib. Bu, 2021-ci illə müqayisədə 60% artım deməkdir.

Mənbə: BBC

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki