image-2000x150px
image-123
image-ads_atlas
image-132486709_mediaitem132486708-jpgbackend

Böyük Britaniyada silahlı hücumda iki yeniyetmə həlak olub

image-728x90px

Böyük Britaniyanın Bristol şəhərində 15 və 16 yaşlı iki yeniyetmə silahlı hücumun qurbanı olub.

Bu barədə Böyük Britaniyanın yerli polisinə istinadən məlumat yayılıb.

Hadisəni törədən şəxslər avtomobillə hadisə yerindən qaçıblar. Gələn polis zərərçəkənlərə ilkin tibbi yardım göstərsə də, onlar aldığı xəsarətlərdən xəstəxanada keçiniblər.

Verilən məlumata görə, polis daha sonra iki şübhəli şəxsi saxlayıb. Onların 44 yaşlı kişi və 15 yaşlı yeniyetmə olduğu üzə çıxıb.

Mənbə: BBC

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki