image-ads_n1karobka_mobile
image-bmt-tsjpg-1705957227backend

BRİKS ölkələri İrana qarşı hücumları BMT Nizamnaməsinin pozulması adlandırır

image-add-a-heading

BRİKS ölkələri birgə bəyanatda İsrail və ABŞ-ın İrana hücumlarını beynəlxalq hüquq və BMT Nizamnaməsinin pozulması adlandırıblar.

Sənədin mətni BRİKS-ə sədrlik edən Braziliya Xarici İşlər Nazirliyinin saytında dərc olunub.

“Biz 13 iyun 2025-ci ildən İran İslam Respublikasına qarşı beynəlxalq hüququn və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsini pozan hərbi hücumlardan dərin narahatlığımızı bildiririk”, – deyə bəyanatda bildirilir.

Bundan əvvəl Rusiya, Çin və Pakistan İranla bağlı qətnamə layihəsinin yenilənmiş variantını BMT-yə təqdim ediblər.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki