Doğru.az xəbər verir ki, bu gün Azərbaycanda ikinci çərşənbə olan Od çərşənbəsi qeyd olunur.Bu çərşənbə xalq arasında ilin axır çərşənbələrindən “Xəbərçi”, “Üskü”, “Addı” çərşənbə kimi tanınır.
Bu çərşənbə qədim insanların oda olan inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı yandırırlar.
Xatırladaq ki, növbəti Yel çərşənbəsi martın 9-da, ilaxır – Torpaq çərşənbəsi isə martın 16-da qeyd olunacaq.
























