Bu  il 20 Yanvar  faciəsi  fərqli  keçiriləcək.backend

Bu  il 20 Yanvar  faciəsi  fərqli  keçiriləcək.

Ölkədə davam edən (COVID-19) pandemiyası ilə əlaqədar Şəhidlər Xiyabanına vətəndaşların ziyarəti bu il fərqli şəkildə olacaq.

Qeyd edək ki, Şəhidlər Xiyabanına gəlmək istəyən ziyarətçilər mütləq tibbi maskadan istifadə etməli və sosial məsafəni qorumalıdırlar.Bununla yanaşı beş nəfərdən artıq qruplarda toplaşılmamalıdır.Bildirilir ki, vətəndaşlar xiyabana beş nəfərlik qruplarla daxil olacaq və dayanmadan ziyarətlərini başa vurub ərazidən çıxacaqlar.

Şəhidlər Xiyabanın daxilində və kənarda insanların toplaşması yolverilməzdir. Ziyarətə gələnlərin təhlükəsiz hərəkətlərini təmin etmək üçün Xiyabanın istiqamətində olan küçə və prospektlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki