image-2000x150px
image-123
image-ads_atlas
Bu ölkədə Azərbaycan xalçalarından ibarət sərgi açılıbbackend

Bu ölkədə Azərbaycan xalçalarından ibarət sərgi açılıb

image-728x90px

Doğru.az xəbər verir ki, bu gün Rusiya Etnoqrafiya Muzeyində “Tale ipini xalçaya toxuyaraq… Azərbaycan dekorativ-tətbiqi sənəti Rusiya Etnoqrafiya Muzeyinin kolleksiyasında” adlı sərginin açılışı olub.

Rusiya Etnoqrafiya Muzeyinin ekspertləri Azərbaycan Milli Xalça Muzeyinin mütəxəssisləri ilə birgə Rusiyanın ən böyük etnoqrafik muzeyinin kolleksiyasında qorunan Azərbaycana aid xalçaçılıq və dekorativ-tətbiqi sənət nümunələri üzərində tədqiqat apararaq, onların məişət təyinatını, istehsalat texnikasını, bədii xüsusiyyətlərini öyrəniblər.

Bu tədqiqatların nəticəsi kimi irihəcmli kataloq çap edilib, həmçinin sərgi üçün ən maraqlı əsərlər seçilib. Sərginin açılış mərasimində sərgi ilə eyniadlı həmin kataloq da ictimaiyyətə təqdim olunub.

Bu tədqiqatların nəticəsi kimi irihəcmli kataloq çap edilib, həmçinin sərgi üçün ən maraqlı əsərlər seçilib. Sərginin açılış mərasimində sərgi ilə eyniadlı həmin kataloq da ictimaiyyətə təqdim olunub.
Sərgidə Rusiya Etnoqrafiya Muzeyinin kolleksiyasında qorunan 40-dan çox xalça və xalça məmulatları, habelə Azərbaycan sənətkarlarının XIX-XX əsrlərə aid digər dekorativ-tətbiqi sənət əsərləri nümayiş etdirilir.
Əksəriyyəti XIX əsrin ikinci yarısı – ХХ əsrin ilk onilliyinə aid xalçalar arasında XVIII əsrin sonunda Bakıda toxunan qədim və əsrarəngiz “Suraxanı” xovlu xalçası da yer alır. Sərgidə ilk dəfə Azərbaycanın bir çox tikmə, basma naxış, mis üzərində döymə və qadın geyim nümunələri də nümayiş olunur.
Sərginin açılış mərasimində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin, Azərbaycan Respublikasının Sankt-Peterburqdakı Baş Konsulluğunun, Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Sankt-Peterburqdakı nümayəndəliyinin, Sankt-Peterburq Xarici Əlaqələr, Millətlərarası Münasibətlər və Miqrasiya Siyasətinin İcrası və Mədəniyyət komitələrinin nümayəndələri, Azərbaycan Milli Xalça Muzeyinin, Rusiya Etnoqrafiya Muzeyinin, habelə digər muzey və mədəniyyət müəssisələrinin rəhbərləri iştirak ediblər.
Sərgi mayın 18-nə kimi ziyarətçilər üçün açıq olacaq.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki