Bu rayonun icra başçısı şəhidə qarşı hörmətsizlik etdi. FOTObackend

Bu rayonun icra başçısı şəhidə qarşı hörmətsizlik etdi. FOTO

İkinci Qarabağ müharibəsində iştirak edərək şəhidlik zirvəsinə ucalan Xızı rayonun Xələnc kənd sakini Verdiyev Natiq Əlmurad oğluna qarşı rayonun icra başçısı Xəzər Aslanov hörmətsizlik edibdir.Belə ki, rayonda şəhid üçün vurulan lövhə iddialara görə rayon İcra başçısının tapşığına əsasən sökülüb.

Sözügedən foto istifadəçilər tərəfində sosial şəbəkələrdə paylaşılaraq, birmənalı qarşılanmayıb.Əgər həqiqətəndə rayonun icra başçısı şəhidə qarşı bu cür nə nəzakətsizlik edibsə onda tək şəhidin ailəsindən yox Azərbaycan xalqından üzr istəməlidir. Çünki, şəhidimiz yalnız Xızı rayonun deyil Azərbaycanın şəhididir.

Şəhidlərimizə qarşı ədəbsizlik göstərən Xəzər Aslanov kimi icra başçıları unutmasınlar ki, işğal altında olan torpaqlarımız Natiq Verdiyev kimi oğullarımızın sayəsində işğaldan azad olunubdur.

Qeyd edək ki, Dogru.az olaraq, qarşı tərəfin məsələyə aydınlıq gətirməyini tələb edirik.Mövzuya yenidən qayıdacayıq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki