Mayın 20-də Budapeştdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Macarıstanın Baş naziri Viktor Orban arasında məhdud tərkibdə görüş baş tutub.
AZƏRTAC-ın yaydığı məlumata görə, Macarıstanın Baş naziri Viktor Orban Azərbaycan Prezidenti İlham Əliyevi səmimiyyətlə qarşılayıb.
Görüşdən əvvəl dövlət başçıları birgə foto çəkdiriblər.
DOĞRU.AZ olaraq görüşün detalları və növbəti mərhələləri barədə məlumatları diqqətdə saxlayacağıq.