Oktyabrın 18-dən etibarən Rospotrebnadzor mütəxəssisləri Buryatiyada kəskin bağırsaq infeksiyası ilə 43 nəfərin xəstəxanaya yerləşdirilməsi faktı üzrə araşdırma aparır.
Doğru.az xəbər verir ki, bu barədə TASS agentliyi regional ofisə istinadən məlumat yayıb. Bildirilib ki, zəhərlənənlər arasında 18 uşaq da var.
Agentliyin məlumatına əsasən, yoluxanların hamısı yerli “Vostok” şirkətinin hazır qida məhsullarından istifadə ediblər. Müəssisədə çoxsaylı sanitar-epidemioloji qayda pozuntuları aşkarlandığından fəaliyyət tam dayandırılıb.
Qeyd edək ki, daha əvvəl Moskva məhkəməsi şavarma məhsullarından kütləvi zəhərlənmə ilə bağlı iş adamı və aşpaz barəsində hökm çıxarmışdı.
DOĞRU.AZ