image-2000x150px
image-123
image-ads_atlas
image-047369cc-3002-4180-909c-ce4fa8d1f333backend

C.Naxçıvanski adına hərbi liseydə “Qax Şəhidləri” kitabının təqdimatı oldu – FOTO

image-728x90px

 2022-ci il artıq tarixə dönmək ərəfəsində. Yola salacağımız il bir çox əlamətdar hadisələrlə yadda qaldı. Şanlı qələbəmizin 2 ili beləcə tamam oldu. İlin son günlərində  C.Naxçıvanski adına hərbi liseydə   “Zəfər Tarixinin  Qəhrəmanları” layihəsinin rəhbəri  Səhər Manafovanın “Qax Şəhidləri” kitabının təqdimatı oldu. Kitabın təqdimatının tədris müəssisəsində baş tutması təsadüfi deyildi. Belə ki, şanlı Vətən müharibəsində şəhid olan qəhrəmanların əksəriyyəti məhz C. Naxçıvanski adına hərbi liseyin kursantları olub. Tədbir də Qax rayonundan gələn şəhid ailələri ilə yanaşı ölkənin bir çox rayonlarından, eləcə də Bakının Sabunçu, Xətai, Suraxanı rayonlarından gələn şəhid ailələri və məktəblilər iştirak edirdi.

image-4ce4580a-874e-4f5e-8a29-85af2e3d388d

Tədbirin əvvəlində Qarabağ savaşlarında canını qurban vermiş bütün şəhidlərimizin müqəddəs ruhu bir dəqiqəlik sükutla yad edildi. Sükutdan sonra dövlət himni səsləndirildi. Tədbiri Liseyin rəisi polkovnik Rəşad İbrahimov giriş sözü ilə açdı.

image-b79c4166-3481-47f2-9d6f-7781c8d3df7c

Daha sonra tədbirin plan-ssenarisi elan edildi. Tədbirin planı elan olunduqdan sonra kitabın müəllifi Səhər Manafova rəhbəri olduğu layihənin məqsəd və qayəsi haqqında danışdı. Qeyd etdi ki “Qax şəhidləri” kitabı179 nəfər qaxlı qəhrəmanın həyat və döyüş yolu  haqqında yazılan tarixdir. Müəllif gələcəkdə layihənin məramına uyğun olaraq başqa bölgələrdən olan şəhidlərimizin həyat və döyüş  yolunu qələmə alacağını bildirdi.

image-3f73dd93-6c8f-48a9-b33b-e19f21fd23acimage-e2b2270d-ce7c-4e07-a8c1-c36a1fd74bb6

Daha sonra Azərbaycanın ən gənc Milli Qəhrəmanı olan Cavanşir Rəhimovun anası Lalə xanıma söz verildi. Lalə xanım bütün şəhid analarının adından çıxış edərək bildirdi ki, oğul itirən anaların yeganə təsəllisi Qarabağın azadlığıdır.” Şəhidin anası olmaq çox agır və şərəflidir. Lakin bizim oğullarımız bu yolu seçiblərsə, biz də onların adına layiq olaraq şərəflə bu adı daşımalıyıq”. Lalə xanım qeyd etdi ki,  Ali Baş Komanda İlham Əliyevin uzaqgörən siyasəti və sarsılmaz Milli Ordumuz bizə daha parlaq və azad gələcək vəd edir.

image-3904434e-0727-478a-a653-8cbcdd9a5fc5image-669e4bb6-3078-470d-9781-5bccc7959a04

Tədbiridə iştirak edən millət vəkili Müşfik Məmmədli öz çıxışında vətəinin bütövlüyü ,Qarabağın azadlığı uğrunda canından keçən  qəhrəman oğullarımızın fədakarlığından soz acdı. Ali  Baş   Komandanın dəmir yumruq siyasətinin əslində xalq, dövlət və ordu həmrəyliyinin ən bariz nümunəsi olduğunu bildirdi.

Natiq 30 illik işğal tariximiz 44 gündə ədalətin işiq üzü gördüyü səhifələrlərlə əvəz olunduğunu qeyd edərək   şəhidlərimizin ruhlarının azad , firavan Qarabağ səmasında dolaşdıqlarını söylədi. Eyni zamanda tədbirin əhəmiyyətindən danışdı. O, qeyd etdi ki, şanlı Qarabağ müharibəsindən və şəhidlərimizdən bəhs edən kitablar geniş şəkildə təbliğ olunmalıdır. Bu gələcək nəsli güclü vətənpərvərlik ruhunda tərbiyə etməyin ən əhəmiyyətli üsuludur.

image-5b468f47-a77c-401c-a168-ae481583633aimage-42cdfae2-57ae-4ad8-bee1-fc67eaca5c68

Daha sonra söz Şuşa fatehi adı ilə xalq arasında tanınan qəhrəmanımız şəhid Asəf Ağayevin atası Abid Ağayev çıxış etdi. O, oğlunun təhsil aldığı bu liseylə bağlı olan xatirələrində söz açdı. Asəf kimi oğul ilə fəxr etdiyini söylədi.

image-46827ab5-55ea-4e6c-b198-09950940e731image-b44686e6-7f05-406f-8f18-00e3d65080ca

Tədbirdə iştirak edən digər  şəhid analarına söz verildi. Tədbirdə çıxış edən hər kəs bu səpkidə olan tədbirlərin maarifləndirici əhəmiyyətindən, şəhidlərin xatirəsinin yaşadılması üşün atılan ən uğurlu addımlardan olduğu fikrini səsləndirdi. Tədbirin sonunda göstərdikləri təşkilatı dəstəyə görə C.Naxçıvanski adına hərbi liseyin rəhbərliyi- liseyin rəisi polkovnik Rəşad İbrahimov və İdeoloji İş və Mənəvi-Psixoloji Təminat şöbəsinin rəisi Vüsal Sevxanov  “Vətən Tarixinin  Qəhrəmanları” layihəsinn rəhbəri Səhər Manafova  və Qaxın şəhid anaları tərəfindən fəxri diplomlarla  təltif olundular. Fəxri diplomları Şəhid –Milli Qəhrəman Cavanşir Rəhimovun anasl Lalə xanım təqdim etdi.

image-7c0d883d-475b-423a-b728-bd72185ccd7bimage-5a4b460c-e216-45fc-827f-e1f9bcf25daf

Tədbirdə iştirak edən Bakı Şəhər İcra hakimiyyətinin departament rəisinin müavini, Azərbaycan Əfqanıstan veteranları ictimai birliyinin sədr müavini  Əkrəm  Hətəmov, millət vəkili Vüqar iskəndərov tədbrdən sonra şəhid ailələri ilə yaxından tanış    olaraq onları narahat edən suallara cavab verdilər.

image-5e7dccbc-0cba-44d9-b3b9-55050f4d0701image-c01e224a-ea96-4bce-a92b-d2ddf6036fc9

Həzi Aslanov adına “Ordu” İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin konserti  ilə tədbir yekunlaşdı. Sonda tədbir iştirakçılarına müəllif tərəfindən kitab hədiyyə olundu və xatirə şəkilləri çəkildi.

image-01b3ca77-470d-4cab-8731-9cb8f245804bimage-2ac4e12c-3241-416f-acfa-82491560a841image-4d90ce4f-6d93-4b5d-9a29-53da62698341image-59732068-a636-4b19-8738-751eeb353be3image-592b99a3-5d42-4120-a676-76a8d8e320d8 image-669e4bb6-3078-470d-9781-5bccc7959a04 image-2650a6a0-ed3d-448a-b700-ac64171c6fbf image-4517c678-85e9-4c93-a064-9c7510135efe image-46827ab5-55ea-4e6c-b198-09950940e731 image-2510422c-b7cb-426f-b921-a2e96e2ff545 image-3904434e-0727-478a-a653-8cbcdd9a5fc5 image-6496137c-867f-4ccf-be23-23cd8cea962c image-28775007-9040-40a5-adbf-4d516eec22cc image-47865580-6540-4e7f-9bf9-0f1dc1bb2e99 image-69890148-dea9-4333-bfac-237fcd83a1f9 image-a60f43f5-a165-466c-9c79-17d8c3358b7d image-a913c8c9-e1ed-4fa8-bea2-58bb8153095e image-a0439094-f2c6-49f0-82af-4a602f3a6dc5 image-b3e3747d-8fea-4a0d-b7cd-0446586e4641 image-b93111c7-4d3b-4e87-b646-df37baf4fdb4 image-bc2b5828-96ff-47ae-a0b6-a5a4ad80cf75 image-c01e224a-ea96-4bce-a92b-d2ddf6036fc9 image-c9a686e6-93b4-421b-9a7c-5743cb5741a8 image-c6815ad7-f12e-48fa-982c-bc6299b7878e image-ce54bc6f-abbb-43cf-9519-ea7d7f58bafc image-cf0d03e2-02f8-41bd-abba-994d31bc3f81 image-d0c83c11-8bd7-496a-abcb-7bb13a197aec image-d4e45f5f-015d-44fc-bc06-069b9c2188a4 image-d9cc095b-9b06-463c-9c9f-1fd779f92ce0 image-d911698e-732f-46ac-9e22-1a75cbd9a5be image-e1d56ca8-f21a-4b15-b3ba-c150ea25bf12 image-e2b2270d-ce7c-4e07-a8c1-c36a1fd74bb6 image-e8bd477d-4c5c-4f42-a91f-3db178a923b0 image-e42ac262-434f-468d-be42-f55b8e2b50df

İlhamə Abbas qızı.

DOĞRU.AZ

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki