image-2000x150px
image-123
image-ads_atlas
image-1588746359_xestexana1backend

Cəlilabad sakininin güllələnməsinin təfərrüatı məlum oldu

image-728x90px

Cəlilabad rayonunda baş verən güllələnmə hadisəsinin bəzi təfərrüatı bilinib.

“Report”un Muğan bürosunun məlumatına görə, hadisə ötən gün gecə saatlarında rayonun Mikayıllı kəndində qeydə alınıb.

Belə ki, kənd sakinləri Cavid Abdiyev və onun qohumu Məhəmməd Abdullayev mal-qaranın həyətyanı sahəyə keçməsinə görə mübahisə ediblər. C.Abdiyev bu barədə öz qohumuna irad bildirib. Mübahisə gecə saatlarında yenidən davam edib. Kəndin dərə hissəsində 21:00 radələrində qarşı-qarşıya gələn qohumların yeni mübahisəsi Cavidin hər iki ayağından güllə yarası alması ilə başa çatıb. O, xəstəxanaya yerləşdirilib.

Cavid Abdiyevə ov tüfəngi ilə xəsarət yetirməkdə şübhəli bilinən qohumu Məhəmməd Abdullayev polis orqanları tərəfindən müəyyən edilərək saxlanılıb.

Faktla bağlı müvafiq orqanların araşdırması davam etdirilir.

Güllə xəsarətləri alan şəxsin son durumuna gəlincə, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından “Report”un yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, 1991-ci il təvəllüdlü C.Abdiyev xəstəxananın Təcili Yardım şöbəsinə hospitalizasiya olunub.

Ona hər iki aşağı ətrafda çoxsaylı seçmə yaraları diaqnozu təyin edilib.

Xəsarət alan şəxsə cərrahi müdaxilə olunub, hazırda vəziyyəti stabildir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki