image-2000x150px
image-123
image-ads_atlas
image-e594b809-97e9-34c5-b34a-94c02b79ccaa_824backend

Cəlilabadda ev tamamilə yanaraq kül olub – VİDEO

image-728x90px

Cəlilabad rayonunda yanğın hadisəsi baş verib.

Doğru.az-ın bölgə müxbiri xəbər verir ki, hadisə Cəlilabad şəhəri Cavadxan küçəsində yerləşən birmərtəbəli fərdi yaşayış evində qeydə alınıb.

Yanğın yerinə Cəlilabad rayon yanğından mühafizə hissəsinin əməkdaşları və texnikaları cəlb olunub. Buna baxmayaraq ümumi sahəsi 100 kvadratmetrə yaxın olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki