image-ads_n1karobka_mobile
image-jc9at3i8n0ykw0oenufmerhddyygbgzgzpfjftkv_640backend

Cəlilabadda ev yanaraq kül olub – FOTO

image-add-a-heading

Cəlilabadda üçotaqlı ev əşyaları ilə birlikdə yanaraq kül olub.

“Report” xəbər verir ki, hadisə rayonun Şorbaçı kəndində ümumi sahəsi 108 kvadratmetr olan Güldərən Mansurovaya aid evdə qeydə alınıb.

Hadisə yerinə Cəlilabad rayon yanğından mühafizə hissəsinin əməkdaşları və texnikası cəlb olunub. Buna baxmayaraq birmərtəbəli üçotaqlı ev içərisində olan əşyaları ilə birlikdə tamamilə yanıb.

Faktla bağlı araşdırma aparılır.

image-nzq0ygra1wy5qnw1vzsjwreeixi2apr0y7wfaydm_640 image-sezlcag1gho3ltitxt9bik5zlkfbwcxvm4wsl2nn_640


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki