Cənubi Osetiya prezidenti Alan Qaqloyev TASS-a müsahibəsində bildirib ki, bu gün respublikanın sərhədlərinin təhlükəsizliyi Rusiya tərəfinin köməyi ilə etibarlı şəkildə təmin edilir.
Qaqloyevin sözlərinə görə, Cənubi Osetiyanın müstəqilliyinin tanınmasından sonra onun sərhədlərinin təhlükəsizliyinin yaxşılaşdırılması üçün “çox ciddi işlər görülüb”.
Cənubi Osetiya rəhbəri qeyd edib ki, hazırda iki ölkə arasında çoxlu sazişlər imzalanıb və bu sazişlər çərçivəsində respublika ərazisində dördüncü qvardiya hərbi bazası yerləşir.
“Dövlət sərhədinin birgə mühafizəsi haqqında başqa sazişə əsasən, bu gün sərhədlərimizi Rusiya FTX-nin sərhəd idarəsinin hərbçiləri qoruyur”, – Qaqloyev bildirib.
Mənbə: TASS