image-ads_n1karobka_mobile
image-1606298774_cbbackend

Ceyhun Bayramov Ermənistandakı seçkilərin nəticələrindən danışdı

Xarici İşlər naziri Ceyhun Bayramov Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərindən sonrakı vəziyyət barədə mövqe açıqlayıb. 

Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə keçirilən mətbuat konrafsında deyib:

“Seçkilərdən sonra yeni hökumət formalaşacaq. Düşünürük ki, Ermənistanın siyasi rəhbərliyi ölkədə yaranan böhranın real nəticələrini anlayacaq və düzgün nəticələr çıxaracaq”.

Ermənistanda Mərkəzi Seçki Komissiyasının son məlumatına görə, 1 281 911 bülleten sayıldıqdan sonra Nikol Paşinyanın partiyasının 53,92 % (687 251 seçici), keçmiş prezident Robert Koçaryanın rəhbərlik etdiyi “Ermənistan” blokunun isə 21,04 % (268 165 seçici) səs topladığı təsdiqlənib.

“Mənim şərəfim var” bloku 5,23 % (66 633 seçici), “Çiçəklənən Ermənistan” partiyası isə 3,96 % (50 416 seçici) seçicinin dəstəyini qazanıb.

DOĞRU.AZ 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki