ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərində atışma nəticəsində 1 nəfər ölüb, 6 nəfər yaralanıb.
Bu barədə polisə istinadən ABC7 məlumat yayıb.
Ostin bölgəsində bazar günü səhər saatlarında baş verən atışmada 25 yaşlı qadın ölüb, 6 nəfər yaralanıb.
Telekanalın məlumatına görə, vəziyyət bir nəfərin qəza nəticəsində ölməsinin 4 illiyini qeyd etmək üçün yerli sakinlərin toplaşdığı yerdə baş verib.
Polis birdən çox atıcı ola biləcəyini söyləyib.
Mənbə: Haber Gllobal