Çinin ABŞ-dakı səfirliyi bəyan edib ki, Pekin və Vaşinqton ikitərəfli təmas və məsləhətləşmələr mövzusunda əlaqə saxlayırlar. Belə ki, diplomatik nümayəndəlik Çin sədri Si Cinpinlə ABŞ prezidenti Co Bayden arasında görüş ehtimalını şərh edib.
“Çin və Birləşmiş Ştatlar eyni istiqamətdə işləməli, maneələri aradan qaldırmalı və konkret hərəkətlərlə fikir ayrılıqlarını həll etməli, dialoqu təşviq etməli və xoş niyyətlə əməkdaşlığı genişləndirməlidir”, – deyə Çin missiyası bildirib.
Oktyabrın 3-də Bloomberg yazıb ki, amerikalı senatorlardan ibarət nümayəndə heyəti gələn həftə Çinə gələcək və orada dövlət başçısı Si Tsinpinlə görüşəcək.
Mənbə: Reuters