image-ads_n1karobka_mobile
image-69da0b510f4d169da0b510f4d2177589742569da0b510f4cf69da0b510f4d0backend

Dağıstanda 762 ev su altında qalıb

Rusiyanın Dağıstan bölgəsində baş verən daşqınlar ciddi fəsadlara səbəb olub.

Doğru.az xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, beş bələdiyyədə yerləşən doqquz yaşayış məntəqəsi su altında qalıb.

Hadisə nəticəsində 762 yaşayış evi, 812 bağ sahəsi və 76 yol hissəsi su basıb. Hazırda 16 müvəqqəti yerləşdirmə mərkəzində 524 nəfər, o cümlədən 175 uşaq məskunlaşıb.

Bildirilib ki, xilasedicilər və mütəxəssislər zərərçəkənlərə psixoloji və humanitar dəstək göstərməyə davam edirlər. RT daha əvvəl daşqından zərər görən sakinlərə kömək edən könüllülər barədə məlumat yayıb.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki