Dağıstanda zəlzələ baş verib, Mahaçqalada yer səthində kiçik təkanlar hiss olunub.
Doğru.az xəbər verir ki, TASS-ın yaydığı məlumata görə, bölgə sakinləri Kaspiysk və Buynaksk şəhərlərində də yeraltı təkanlar barədə məlumat veriblər.
Qeyd edək ki, bundan əvvəl Rusiya sahillərində, Xəzər dənizində 5,5 bal gücündə zəlzələ qeydə alınmışdı.
DOĞRU.AZ