image-2000x150px
image-123
image-ads_atlas
image-qezabackend

Daha bir “Prius” qəzası – Ölən və yaralananlar var

image-728x90px

Bakıda ağır yol qəzası baş verib.

Doğru.az xəbər verir ki, mayın 17-si Qaradağ rayonu Lökbatan-Xocasən yolunda “Toyota Prius” markalı avtomobil “KamAZ” markalı yük maşınına çırpılıb.

Nəticədə “Prius”da olan sərnişin 1988-ci il təvəllüdlü Namiq Məmməd oğlu Qəhrəmanov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Avtomobilin sürücüsü Anar Qubadzadə və digər 2 sərnişin isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Bildirilib ki, qəzaya düşən minik avtomobili taksi fəaliyyəti ilə məşğul olurmuş.

Faktla bağlı Qaradağ RPİ-də cinayət işi başlanıb, araşdırma aparılır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki