image-2000x150px
image-123
image-ads_atlas
image-1665223003_baku-dry-cleainbackend

“Dedilər ki, “sizi qane etdi-etmədi budur, …” — Təmizləmə şirkətindən ŞİKAYƏT

image-728x90px

BAKU DRY CLEAN” çamaşırxana və kimyəvi təmizləmə şirkətindən Demokrat.az-a şikayət daxil olub. Şikayətçi saytımıza açıqlamasında təmizləmə şirkətində üzləşdiyi xoşagəlməz hadisədən danışıb.

Onun sözlərinə görə, təxminən 10 gün öncə yaşadığı ərazidə yerləşən “BAKU DRY CLEAN” çamaşırxana və kimyəvi təmizləmə şirkətinə müraciət edib. Üç əşyanın rənglənməsini və döşəyin üst qatının yuyulmasını istəyib. Lakin sonradan müştəri ilə şirkət nümayəndələri ilə arasında mübahisə yaranıb.

“Həmin vaxt zəng edib qiymətlə bağlı məlumat verəcəklərini bildirdilər. Sonra qiyməti 30 manat dedilər. Mən də qalın yun adyalın həmin çamaşırxanada 15-17 manata yuyulduğunu nəzərə alaraq, baha olduğunu bildirdim və yuyulmasından imtina etdim. İşdən sonra şirkətə yaxınlaşanda, dedilər adyal yuyulub və sistemə vurulub. Mübahisədən sonra endirim etdilər. Fikirləşdim ki, daha yuyublar götürüm.

20 manat ödəniş etdim. Məndən pulu nağd istədilər və kassa qəbzi vermədilər. Ümumiyyətlə, orada kassa qəbzi verilmir. Daha sonra rənglənməyə verilən əşyalarla maraqlandım və 26 manat istədilər. Götürəndə baxdım ki, heç bir fərq yoxdur. Bu işin məni qane etmədiyini dedim, müdiriyyətə xəbər verməli olduqlarını bildirdilər.

Oktyabrın 3-ü şirkətə yenidən yaxınlaşdım. Dedilər ki, “sizi qane edir- etmir, budur pulunu verin götürün”. Keyfiyyətsiz görülən işə niyə pul verməliyəm? Əşyalarımı vermədilər ki, başqa şirkətə müraciət edim. Məsələ ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə də müraciət edəcəyəm”.

Məsələ ilə bağlı “BAKU DRY CLEAN” çamaşırxana və kimyəvi təmizləmə şirkəti ilə əlaqə saxladıq. Şirkət nümayəndəsi bildirdi ki, səsləndirilən iddialar tamamilə əsassızdır:

“Hər bir işin öz strukturu var. İndi elə bir şeylərlə rastlaşırıq ki, müştəri pul verməmək üçün daha nələr etmir.

Ona görə də, onların hamısı əsassız iddialardır. Biz bu gün fəaliyyət göstərmirik, illərdir ki, bu fəaliyyətlə məşğuluq. Təbii ki, hamını birmənalı məmnun etmək olmaz, bu hər sektorda belədir. Qaldı ki, kassa çekinin verilib-verilməməsi məsələsinə, təbii ki, bu da əsassızdır.

Qeyd edim ki, kurtka rənglənərkən və yaxud başqa işlər barədə əvvəlcədən hər bir müştəriyə məlumatlar verilir. Hər şey dərindən izah olunur. Əgər müştəri gəlirsə ki, narazıyam, biz onu yenidən boyaya atırıq ki, müştəri məmnun qalsın.

Əgər o tutmursa, artıq o bizim problemimiz deyil. Onun kurtkasının parçasının problemidir. İnsanda vicdan deyilən bir şey var, biz “kurtka”nı alırıq boyaya salmırıq və ondan pul alırıq? O necə olur? İnsan gərək işi görəndə vicdanla görsün. Biz vicdanla işləyən insanlarıq. Təbii ki, bu qədər işlər görülür və xərc çəkilir. Usta pulu var, boya pulu var, kommunal xərclər var.

İndi özünüz yaxşı bilirsiniz ki, hər şeyin qiyməti çox qalxıb. Gərək gələn hər bir müştəri də bunu başa düşsün. Biz hər zaman çalışırıq ki, gələn müştəriləri məmnun edək. Bunun üçün də əlimizdən gələn hər bir şeyi edirik“.// Demokrat

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki