image-2000x150px
image-123
image-ads_atlas
“Dəmir yumruq” əməliyyatı ermənistanı rüsvayçı məğlubiyyətə uğratdıbackend

“Dəmir yumruq” əməliyyatı ermənistanı rüsvayçı məğlubiyyətə uğratdı

image-728x90px

Ötən il Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun həyata keçirdiyi “Dəmir yumruq” əməliyyatı ilə 44 günlük Vətən müharibəsi sonucunda işğalçı Ermənistan qüdrətli Azərbaycan qarşısında duruş gətirə bilməyərək rüsvayçı məğlubiyyətə uğradı. Bu qələbə Azərbaycan hərb tarixinə və xalqımızın yaddaşına xalq- iqtidar , xalq-ordu, Prezident-xalq birliyi kimi qızıl hərflərlə yazıldı.

Qələbənin yaşatdığı möhtəşəm qalibiyyət və zəfər hissi Azərbaycan xalqının bütün vətəndaşlarının həyatında hiss edilməkdədir. Şanlı qələbəmiz həm də regionda yeni siyasi- iqtisadi reallıq yaratdı. Böyük ekoturizm potensialına və təbii sərvətlərə malik olan Qarabağ və ətraf rayonların işğaldan azad edilməsi nəinki Qarabağda ümumilikdə bütöv Azərbaycanda iqtisadi inkişafa və canlanmaya təkan verəcəkdir. Lakin təəssüflər olsun ki, erməni vandallar əzəli və əbədi Azərbaycan torpaqlarını işğal etmək, onun təbii sərvətlərini mənimsəməklə yetinməmiş, geri çəkilərkən belə o müqəddəs torpaqlarımızda dağıntılar, yanğınlar törədərək ətraf mühit və təbi sərvətlərimizə qarşı ekoloji terror törətməkdən belə çəkinməmişlər.

Bütün bunlara baxmayaraq , müzəffər Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-Prezident xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş şəhər və rayonlara səfərləri zamanı,xüsusilə, son səfərlərində Bəsitçay Dövlət Təbiət Qoruğunda olmaları, orada çinar ağacları əkmələri, Bəsitçaya balıq buraxmaları ekoturizmin daha da canlanmasının və inkişafının digər sahələrin inkişafı kimi dövlət siyasətimizdə nə qədər mühüm yer aldığına əyani sübutdur.

Hesab edirəm ki, Dövlətimizin başçısı möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu və səmərəli siyasi-strateji inkişaf konsepsiyasında qlobal iqlim dəyişikliklərinin miqyasını nəzərə almaqla ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməsi, təmiz enerji mənbələrindən istifadə, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpası ölkənin perspektiv iqtisadi inkişafı ilə bərabər ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların sürətli bərpası və artırılması,su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadəni təmin edəcək, bu da öz növbəsində Azərbaycanın siyasi və iqtisadi qüdrətini daha da artıracaq, ekoturizmin sürətlə inkişafına öz töhfəsini verəcəkdir.Cənab Prezident İlham Əliyev tərəfindən düşünülmüş şəkildə atılmış bütün bu əməli addımlar hər bir Azərbaycan vətəndaşında fəxarət hissi yaratdığı kimi, hər birimizin qarşısında vətəndaş məsuliyyəti və ətraf mühitin qorunması kimi məsuliyyəti vəzifələr də qoyur.

Yalçın Əhmədov
Şirvan Milli Parkının direktoru.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki