image-2000x150px
image-123
image-ads_atlas
image-fotojet-2022-08-09t190034-073backend

“Dəniz kuboku”nda iştirak edən komandaların rəhbər heyətləri ilə görüş olub – FOTO

image-728x90px

Hərbi Dəniz Qüvvələrinin qərargahında Azərbaycanın Xəzər dənizindəki ərazi sularında “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçiriləcək “Dəniz kuboku” müsabiqəsində iştirak edən komandaların rəhbər heyətləri ilə təşkilati müşavirə formatında görüş keçirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Sübhan Bəkirov qonaqları salamlayaraq, müsabiqədə iştirak edən komandalara müvəffəqiyyətlər arzulayıb.

Kontr-admiral S.Bəkirov hər il keçirilən beynəlxalq müsabiqənin iştirakçı ölkələrin hərbi dənizçilərinin mövcud əlaqələrinin inkişafı və qarşılıqlı təcrübə mübadiləsinin aparılmasına, eləcə də Xəzər dənizinin təhlükəsizliyinin təmin olunmasına böyük töhfə verdiyini vurğulayıb.

Qeyd olunub ki, artıq 5-ci dəfədir ki, ölkəmizdə təşkil olunan yarışın lazımi səviyyədə keçirilməsi üçün hər cür şərait yaradılıb.

Bildirilib ki, Azərbaycan, Rusiya, İran və Qazaxıstan hərbi dənizçilərinin iştirakı ilə keçiriləcək “Dəniz kuboku” müsabiqəsi hava şəraiti də nəzərə alınmaqla cari ilin avqust ayının 15-dən 25-dək davam edəcək.

İştirakçı komandaların rəhbər heyətləri göstərilən xoş münasibətə və qonaqpərvərliyə görə minnətdarlıqlarını bildirib, ölkəmizdə təşkil olunan “Dəniz kuboku” müsabiqəsinin qarşılıqlı dostluq və yoldaşlıq mühitində keçiriləcəyinə əmin olduqlarını deyiblər.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki