Doğru. az xəbər verir ki, Biləsuvardan olan 21 yaşlı qazimiz Bayramlı İbrahim Akif oğlu Vətən müharibəsi başlayan gündən cəbhəyə yollanıbdır. Cəbrayıl, Füzuli və Şuşa uğrunda gedən ağır döyüşlərdə iştirak edibdir. Cənab Prezidentin Sərəncamlarına əsasən, Cəbrayıl, Füzulin və Şuşanın azad olunmasına görə medalları ilə təltif olunubdur.
İbrahim Şuşa uğrunda gedən ağır döyüşlərdə ağır yaralanaraq, həm güllə, həm qəlpə yaraları alıbdır. Qazimiz müalicəsini hazırda davam etsə də, danışığında qırılmalar var.Bununla yanaşı qazimizin ürək nahiyəsində və bədənində isə hələ də qəlpələr qaldığı üçün ağrıları olur.
Bu gün İbrahimlə birgə müalicə və reablitasiyasını davam etdiyi Nəsirəddin Tusi adına Klinikaya gedərək həm göstərdikləri qayğı üçün təşəkkürümü çatdırdım.Həkimlərlə söhbət edib İbrahimin müalicəsinin gedişatı ilə maraqlandım. Həkimlərin dediyinə görə müalicə artıq təsirini göstərir, qazimizin hərəkəti və nitqi bərpa olunmaqdadır. İndi yalnız qalır qəlpələrin çıxarılması prosesi gedir.
Xəstəxanadan sonra İbrahimlə yol yoldaşı olduq, söhbət əsnasında məlum oldu ki, İbrahimin ailədə tək döyüşçü deyil, onun qardaşı da Vətən müharibəsində iştirak edib. Qazimizi də, onun vasitəsi ilə şifahi də olsa ailəsini də tanımağa şad oldum.


























