Deputat Bəhruz Məhərrəmov seçkiləri ilə görüşüb. FOTOLARbackend

Deputat Bəhruz Məhərrəmov seçkiləri ilə görüşüb. FOTOLAR

(COVID-19) Koronavirusun Azərbaycandanda yan keçmədiyinin şahidi olduq. Bu çətin vəziyyətdə Milli Məclisin deputatı Bəhruz Məhərrəmov pandemiya şəraitini və karantin rejiminin tətbiqini nəzərə alaraq, ənənən halını alan seçicilərlə görüşlərini keçirməyi qərara aldığını əyani şəkildə öz facebook hesabında qeyd edibdir.Deputatımız küçələri, qəsəbələri gəzərək sakinləri dinləyibdir.

Doğru.az xəbər verir ki, deputatımız görüşlə bağlı fikirlərini bölüşübdür. “Pandemiya şəraitini və karantin rejiminin tətbiqini nəzərə alaraq, seçicilərlə görüşlərimizi elə onların öz məkanlarında, öz küçələri, öz həyətlərində keçirdik. Bəziləri üçün bizi anidən qapısının kandarında görmək təəccüblü oldu, lakin, hesab edirəm ki, ümumilikdə görüşlərimiz səmərəli keçdi. Müxtəlif xarakterli müraciətlər oldu, həmçinin, vətəndaşların təklif və tövsiyyələrini dinlədik, dostcasına söhbət etdik. Nəzərinizə çatdırım ki, görüşlərdə səsləndirilən məsələlər ümumiləşdirilməkdədir və həftə ərzində aidiyyatı orqanlarla müzakirələrə başlayacağıq”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki