image-2000x150px
image-123
image-ads_atlas
Deputat Fəzail Ağamalı Yağan qar zamanı Bakının olan vəziyyətinə fikirini bildiribbackend

Deputat Fəzail Ağamalı Yağan qar zamanı Bakının olan vəziyyətinə fikirini bildirib

image-728x90px

Bakı niyə qışa hazır deyil?. Doğru .az xəbər verir ki, bu sözü Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı ölkə miqyasında qarın yağması ilə bağlı yaranan vəziyyəti izləyərəkən söyləyib.Fəzail Ağamalı bildirib ki,“Bakı şəhərində görülən təhlükəsizlik işləri təqdirəlayiqdir. Bakı Şəhər İcra Hakimiyyəti küçələrin, yolların buz bağlamaması, istər avtomobillərin, istərsə də piyadaların təhlükəsizliyi üçün bütün işləri görüb.

Eyni zamanda, Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov mütəmadi olaraq sürücülərə öz xəbərdarlığını çatdırır. Amma dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, vətəndaşlar şəxsi avtomobillərindən istifadə edirlər. Nəticədə qəza hadisələrinin şahidi olduq və oluruq”.

Deputat hesab edir ki, yol-nəqliyyat hadisələrinin səbəbkarları sürücülərdir:
“Bu, hər birimizin qışa hazırlıqlı olmamağımızla bağlıdır. İnsanlar düşünür ki, Bakıda qış o qədər də sərt keçirmir, qar çox yağmır. Maşınlar üçün qışda xüsusi olaraq istifadə edilən təkərlər var. Sürüşməyə meylli olmayan, çıxıntıları daha çox olan təkərələrdən istifadə olunmalıdır. Biz isə buna əməl etmirik”.

F.Ağamalının fikrincə, qışı sərt keçən ölkələrin təcrübəsi öyrənilməlidir. Bu məsələ orada hansı formada tənzimlənirsə, ona uyğun olaraq qanunvericilikdə dəyişiklik etmək olar:
“Qışı sərt keçən ölkələrdə bu məsələnin necə tənzimləndiyini araşdırmaq və həmin təcrübəyə söykənərək lazım gəlsə, Milli Məclisdə bununla bağlı məsələ qaldırmaq, “Yol hərəkəti haqqında” qanuna müvafiq əlavələr etmək mümkündür”.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki