image-2000x150px
image-123
image-ads_atlas
image-fc526f39bf184003326d6d5c319f9000backend

Deputat “Hər bir rayonda xeyli adsız və ya adı məna kəsb etməyən küçələr var”

image-728x90px

Milli Məclisdə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. Layihə barədə komitə sədri Musa Quliyev məlumat verib.

Deputat Razi Nurullayev çıxışında şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanuna dəyişiklik təklif etdi: “Nazirlər Kabinetinin 25 avqust 1999-cu il tarixli qərarından sonra şəhid adlarının əbədiləşdirilməsinə məhdudiyyət qoyulub. Başa düşürəm ki, ağrılı və çətin məsələdir. Amma, şəhid ana və atalarının ən çox qaldırdığı və narazı qaldığı məsələdir”.

Deputat əlavə edib ki, hər bir rayonda, şəhərdə və kənddə xeyli adsız və ya adı məna kəsb etməyən küçələr var: “Amma, yerli icra orqanları bunu edə bilmir. Səbəb Nazirlər kabinetinin dediyim qərarıdır. Məsələnin həlli üçün nazirlər kabinetinin 25 avqust 1999-ci il qərarına və “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə dəyişiklik etmək lazımdır. Qərarın ordenlə bağlı hissəsi isə böyük küçələrə, meydanlara, gəmilərə və digər vacib subyektlərə aid olaraq qalsın. Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında Nazirlər kabinetinin qərarının 3.1.2 bəndinə edilən düzəlişlə yalnız ordenlə təltif olunan şəhid adları əbədiləşdirilir. Bu düzəliş 25 avqust 1999-cu il tarixli 139 nömrəli qərarla 3.1.1. və 3.1.2. bəndləri yeni redaksiyada verilib ki, mən bu düzəlişlərin yenidən yeni redaksiyada verilməsini və səlahiyyətlərin də yerli icra hakimiyyəti və bələdiyyələrə ötürülməsi təklifini irəli sürürəm. İkinci, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.11.17. bəndinin yeni redaksiyada verilməsi təklif edirəm. Yeni redaksiya yaşayış məntəqələrində küçə və meydanlara ad vermək, onların adlarını dəyişdirmək, o cümlədən şəhid adlarının əbədiləşdirilməsinə şamil edilə bilər. İcra hakimiyyətlərini hər bir məsələdə bu qədər mərkəzə tabe etmək fayda vermir. Qoy özləri qərar versin. Onlara sərbəstlik, azadlıq və qərarvermə imkanı tanımaq mərkəzi hakimiyyətin yükünü xeyli azaltmış olar”.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki