image-2000x150px
image-123
image-ads_atlas
Deputat seçiciləri ilə onlayn görüş keçiribbackend

Deputat seçiciləri ilə onlayn görüş keçirib

image-728x90px

Bu gün Biləsuvar şəhərindəki deputat qərargahında karantin qaydalarının tələblərini gözləməklə, seçicilərimi narahat edən bir çox məsələlərlə bağlı online formatda görüşümüz baş tutdu.

Doğru.az xəbər verir ki, Milli məclisin deputatı Bəhruz Məhərrəmov öz fezbuk seyfəsində paylaşım edib:

Vətəndaşların işsizlik, ünvanlı sosial yardım, əlillik dərəcəsinin təyin edilməsi, əlilliyin yenidən qiymətləndirilməsi zamanı yaradılan süni əngəllər, vətəndaş-məmur münasibətləri ilə bağlı müraciətlərini qəbul etdik. Qısa zamanda həmin müraciət və iddiaları araşdırılma üçün yuxarı dövlət qurumlarına, həmçinin, hüquq mühafizə orqanlarına ünvanlayacağam.

Əlbəttə, bəzi hallarda elə müraciət və istəklər olur ki, yerli səviyyədə həlli mümkünsüzdür, anlayışla yanaşmalıyıq ki, hər bir vəzifəli şəxsin və dövlət orqanının səlahiyyətinin həddi var. Bu mənada, prezident İlham Əliyev də ölkənin bütün məmurları qarşısında çox sadə və aydın bir kurs müəyyən edib, qanunları rəhbər tutaraq səlahiyyətləri daxilində xalqa xidmət etmək.

Bu sadə və ədalətli tələbə rəğmən, ölkənin harasında olur olsun, vətəndaşın müraciətinə laqeyd yanaşmaq, imkan və səlahiyyətləri daxilində olan məsələlər üzrə kömək etməmək dövlətə və cənab Prezidentin müəyyən etdiyi siyasi kursa xəyanətdir və əmin ola bilərsiz ki, belə şəxslər qanunun sərt üzünü görəcəklər.

Lakin, bir məqama da xüsusi diqqət etməliyik ki, hardasa 3-5 məmurun yarıtmaz fəaliyyəti heç kimdə dövlətimizin qüdrətinə şübhə yaratmamalı, o cümlədən işini ləyaqətlə görən şəxslərin fəaliyyətinə kölgə salmamalıdır.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki