image-2000x150px
image-123
image-ads_atlas
image-fb_img_1618036542443backend

Deputatın köməkçisi şəhidin məzarını ailəsini ziyarət etdi – FOTOLAR

image-728x90px

Doğru.az xəbər verir ki, 96 saylı Goranboy-Naftalan seçki dairəsi üzrə Milli Məclisin deputatı Anar Məmmədov Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş oğullarımızın ailə üzvlərini daima xüsusi diqqət mərkəzində saxlayır, Şəhid ailələrini evlərində ziyarət edir, onlara yüksək ehtiramlarını və diqqət, qayğılarını ifadə edir.

Deputatın köməkçisi Elçin Cahangirov bir qrup rayon ağsaqqalları və ziyalıları ilə birgə Vətən Müharibəsində şəhid olmuş Goranboy rayon Veyisli kənd sakini Əşrəfov Məhəmməd Yusif oğlunu anım günündə onun ailə üzvləri ilə birgə, şəhidin  məzarını ziyarət etdi,  şəhidin ailə üzvlərinə başsağlığı verdi.

Görüş zamanı  şəhidimizin əziz xatirəsi yad edilib, Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda edən  qəhrəmanımızın keçdiyi şərəfli döyüş yolundan danışılıb, ailə üzvlərinə yüksək hörmət və ehtiram ifadə olunub. Qeyd olunub ki, şəhidlər qanları, canları ilə Qarabağı, işğal altında olan torpaqları azad edərək ölkəmizə şanlı qələbə sevinci yaşatdılar. Biz onlara hər zaman borcluyuq. Şəhidlərin əziz xatirəsi hər zaman Azərbaycan xalqının qəlbində yaşayacaqdır. Şəhidin valideynləri də sonda dövlət tərəfindən onlara göstərilən yüksək diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etdilər.

Allah Vətən torpaqlarının azadlığı və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən bütün Şəhidlərimizə qəni-qəni rəhmət eləsin!

DOĞRU.AZ 

image-fb_img_1618036538497 image-fb_img_1618036542443 image-fb_img_1618036547071 image-fb_img_1618036551735 image-fb_img_1618036554042 image-fb_img_1618036556276 image-fb_img_1618036549394 image-fb_img_1618036558332 image-fb_img_1618036562588 image-fb_img_1618036560541 image-fb_img_1618036564894 image-fb_img_1618036569035

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki