Doğru.az xəbər verir ki, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevi məhkəməyə verib.
Direktorun Ramiz Mehdiyevi məhkəməyə verməsinə səbəb Torpaqşünaslıq və Aqrokimya İnstitutunda bülletendə olduğu müddətdə onun işdən çıxarılması olub.
Onun yerinə keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri, akademik Qərib Məmmədov təyin olunub.
Bundan sonra Ə.Quliyev işə bərpa olunması üçün Yasamal rayon məhkəməsinə müraciət edib. Məhkəmə prosesi davam edir.