image-n1karobka_ads
image-123
image-696ed6f702e8bd20be5e6e44backend

Dubay–Kazan reysi Bakıya təcili eniş edib

image-add-a-heading

Dubaydan Rusiyanın Kazan şəhərinə uçan “Boeing 737” tipli sərnişin təyyarəsi texniki nasazlıq səbəbindən Bakı hava məkanında marşrutunu dəyişərək Azərbaycan paytaxtına təcili eniş edib.

Doğru.az xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb. Heydər Əliyev Beynəlxalq Hava Limanının mətbuat xidmətindən bildirilib ki, təyyarənin kapitanı uçuş zamanı dispetçerlərlə əlaqə saxlayaraq Bakıya eniş üçün icazə istəyib.

Təyyarə planlaşdırıldığı kimi yerli vaxtla saat 00:04-də (Moskva vaxtı ilə 23:04) təhlükəsiz şəkildə eniş edib. Enişdən əvvəl hava limanının bütün yerüstü xidmətləri operativ şəkildə hazır vəziyyətə gətirilib.

Məlumata görə, insident zamanı sərnişinlər və ekipaj üzvləri arasında xəsarət alan olmayıb. Təyyarədə olan şəxslərin təhlükəsizliyi tam təmin edilib.

Qeyd edək ki, bundan əvvəl də aviasiya sahəsində oxşar hadisə baş verib. Belə ki, Britaniyanın “Jet2” aviaşirkətinə məxsus təyyarə Mançesterdən İspaniyanın Alikante şəhərinə uçuş zamanı hava limanında qalan 35 sərnişin olmadan havaya qalxıb.

DOĞRU.AZ 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki