image-2000x150px
image-123
image-ads_atlas
image-1671689484_1643890692_dyppolis_202backend

DYP-dən sürücülərə xəbərdarlıq

image-728x90px

Baş Dövlət Yol Polisi İdarəsi yükdaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə müraciət edib.

Müraciətdə bildirilib:

“Nəqliyyat vasitələri ilə normadan artıq yük daşınması hallarının qanunvericiliyə zidd olması ilə bağlı dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, müşahidələr göstərir ki, bəzi sürücülər tərəfindən analoji qayda pozuntularına yol verilməsi hallarına hələ də rast gəlinir.

Bu isə həmin daşımalar zamanı böyük maliyyə vəsaiti hesabına ərsəyə gətirilmiş yolların, körpülərin, yol ötürücülərinin və digər qurğuların vaxtından əvvəl sıradan çıxması ilə yanaşı, bir çox hallarda ağır yol-nəqliyyat hadisələrinin baş verməsinə də səbəb olur. Təkcə son 1 ildə yük avtomobillərinin iştirakı ilə qeydə alınmış 127 yol qəzasında 84 nəfər həlak olmuş, 85 nəfər isə xəsarət almışdır.

Bir daha sürücülərin, eləcə də yüklənməni həyata keçirən vəzifəli və hüquqi şəxslərin nəzərinə çatdırırıq ki, mövcud qanunvericiliyin tələblərinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilmiş yük parametrlərini aşma hallarının aşkarlanacağı təqdirdə həmin avtomobilin hərəkəti qadağan edilməklə onu idarə edən şəхs barəsində inzibati məsuliyyət tədbirləri tətbiq ediləcək”.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki